“Türk Hava Yolları” 2035-ci ilə qədər bütün təyyarələrini yeniləyəcək

A- A A+

“Türk Hava Yolları” (THY) aviaşirkəti 2035-ci ilə qədər inventarını tamamilə yeni nəsil təyyarələrlə təchiz etməyi hədəfləyir.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı aviaşirkət məlumat yayıb.

Məlumatda qeyd edilib ki, THY İdarə Heyəti 2029–2034-cü illər arasında təhvil alınmaq şərti ilə Amerika təyyarə istehsalçısı “Boeing”dən 75 ədəd “B-787-9” və “B-787-10” tipli təyyarənin alınmasına qərar verib.

Açıqlamada, həmçinin 150 ədəd “737-8/10 MAX” tipli təyyarənin alınması məsələsində də “Boeing” ilə aparılan danışıqların tamamlandığı qeyd olunub. Bu sifarişlərin dəqiqləşməsi mühərrik istehsalçısı “CFM International” ilə aparılan danışıqların uğurla başa çatması nəticəsində mümkün olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: