Efiopiyada Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılır.
NUHÇIXAN Qətərin xəbər agentliyinə istinadla bildirir ki, layihə üzrə fəaliyyət planı Efiopiya Elektrik Şirkəti və Rusiyanın “Rosatom” şirkəti arasında Moskvada keçirilən “Beynəlxalq Nüvə Həftəsi” çərçivəsində imzalanıb. Bildirilir ki, sənəddə AES tikintisi layihəsinin ətraflı inkişafı və layihənin yol xəritəsinin hazırlanması nəzərdə tutulur.