Bu gün səhər saatlarında Misirin şimalında yerləşən əl-Ğarbiyyə qubernatorluğunun əl-Mahallə əl-Kubra rayonunda geyim fabrikində baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 35-i xəsarət alıb.
NUHÇIXAN Misirin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Şahidlərin bildirdiyinə görə, yanğın təzyiqin artması nəticəsində fabrikin qazanlarının partlaması ilə başlayıb. Nəticədə fabrikin binasında dağıntılar və çökmə baş verib.
Zərərçəkənlərin sayının artacağı ehtimal olunur. Mülki müdafiə qüvvələri axtarış işlərini davam etdirirlər.