Ali Məhkəmə ABŞ Prezidenti Donald Trampın administrasiyasına Konqres tərəfindən xarici yardım üçün ayrılmış 4 milyard dollar məbləğində vəsaiti dondurmağa icazə verib.
NUHÇIXAN-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Ali Məhkəməsinin qərarında qeyd edilib.
"Bu gün səs çoxluğu ilə qəbul edilən təxirə salma qərarı bu məhkəmə əmrinin qüvvəsini dayandırır. Nəticədə vəsaitlər nəzərdə tutulduğu alıcılara çatdırılmayacaq", - sənəddə qeyd olunur.
Tramp administrasiyasının nümayəndələri tərəfindən bu vəsatət 5 sentyabrda Vaşinqtondakı apellyasiya məhkəməsinin hakimiyyət orqanlarını müdafiə etməkdən vazkeçməsindən sonra təqdim edilib. Aşağı instansiya məhkəməsinin qərarına əsasən, Tramp administrasiyası 30 sentyabra, yəni cari maliyyə ilinin sonuna qədər ABŞ Konqresi tərəfindən əvvəllər xarici yardım göstərilməsi üçün ayrılması təsdiqlənmiş ən azı 4 milyard dollar xərcləməli idi.