Kobaxidze: Məqsədimiz ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan başlamaqdır

A- A A+

Gürcüstanın məqsədi və vəzifəsi ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan konkret yol xəritəsi ilə başlamaqdır.

NUHÇIXAN-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Nyu-Yorkda amerikalı həmkarı Donald Trampla görüşü strateji tərəfdaşlığın bərpasına töhfə verəcək.

"ABŞ-yə gəlincə, konkret məqsəd və vəzifəmiz var - ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan, konkret yol xəritəsi ilə başlamaq. Ümid edirəm ki, bu görüş də buna töhfə verəcək. Biz buna tam hazırıq. Qalan məsələlərdə amerikalıların mövqeyini gözləyəcəyik", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: