Vyetnamda “Bualoy” qasırğası nəticəsində 10-dan çox insan həlak olub

A- A A+

Filippindən Vyetnama doğru hərəkət edən “Bualoy” tropik qasırğası ölkənin şimal və mərkəzi bölgələrində ciddi fəsadlara səbəb olub.

NUHÇIXAN xəbər verir ki, VnExpress portalının məlumatına görə, təbii fəlakət nəticəsində azı 12 nəfər ölüb, 17 nəfər isə itkin düşüb.

Ölkənin mərkəzində yerləşən Thanhoa vilayəti təbii fəlakətdən ən çox zərər çəkmiş ərazidir. Qasırğa burada yüzlərlə evi dağıdıb, rabitə qüllələri və elektrik xətlərini zədələyib. Nəticədə bölgənin böyük hissəsində elektrik və telefon əlaqəsi kəsilib. Güclü külək onlarla nəqliyyat vasitəsinə də ziyan vurub.

Vyetnamın Milli Hidrometeoroloji Proqnozlaşdırma Mərkəzindən bildirilib ki, qasırğa ölkənin mərkəzi və şimal hissələrində, o cümlədən paytaxt Hanoyda və bir sıra şimal vilayətlərində güclü yağışlara səbəb olub. Qurum yaxın günlərdə sahilyanı bölgələrdə daşqınların, dağlıq ərazilərdə isə torpaq sürüşmələrinin baş vermə riskinin yüksək olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: