Müharibə cinayətlərinə görə məhkum edilmiş serb general azadlığa buraxılıb

A- A A+

Müharibə cinayətlərinə görə 22 il həbs cəzasına məhkum edilmiş keçmiş Yuqoslaviya ordusunun generalı Neboyşa Pavkoviç Beynəlxalq Cinayət Tribunalları Mexanizmi tərəfindən cəza müddəti bitmədən azadlığa buraxılıb.

NUHÇIXAN xəbər verir ki, o, Serbiya hökumətinin təyyarəsi ilə ölkəyə gətirilib. Serbiyanın Baş naziri Duro Macut bildirib ki, Pavkoviç səhhətinə görə Serbiya hökumətinin tələbi ilə azadlığa buraxılıb. O, müalicəsini ailəsinin və səhiyyə müəssisələrinin dəstəyi ilə Serbiyada davam etdirəcək.

Qeyd edək ki, Pavkoviç həbs cəzasını Finlandiyada çəkib. O, albanları Kosovodan zorla çıxarmaqda, eləcə də müxtəlif qətllərdə təqsirli bilinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: