Rumıniyada minlərlə tələbə qənaət tədbirlərinə qarşı kütləvi etirazlara çıxıb

A- A A+

Rumıniyada minlərlə tələbə hökumətin təhsil sahəsində qəbul etdiyi sərt qənaət tədbirlərinə qarşı kütləvi aksiyalara başlayıb.

NUHÇIXAN xəbər verir ki, əsas etiraz Buxarestdə Nazirlər Kabinetinin binası qarşısında keçirilir. Bununla yanaşı Kluj-Napoka, İaşi, Qalats, Suçeava, Alba-Yuliya, Sibiu, Baya-Mare və Timişoara şəhərlərində də tələbələr küçələrə çıxaraq hökumətin qərarına etiraz bildiriblər. Aksiya iştirakçıları “Təqaüd – hüquqdur, imtiyaz yox!”, “Qənaəti korrupsiyadan edin, təhsildən yox!”, “Geri çəkilməyəcəyik!” kimi şüarlar səsləndiriblər. Etirazları təşkil edən Rumıniya Tələbə Təşkilatlarının Milli Alyansının (ANOSR) bəyanatında vurğulanır ki, hökumətin tədbirləri büdcəyə cüzi qənaət gətirsə də, tələbələrin əsas ehtiyaclarına ağır zərbə vurur və onları ali təhsildən imtina etməyə məcbur edir. Etirazçılar tələbə təqaüdlərinin azaldılmasına və dəmir yolu biletlərində güzəştlərin ləğvinə qarşı çıxırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: