İndoneziyada çoxmərtəbəli məktəb binasının çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalıb.
NUHÇIXAN xəbər verir ki, İndoneziyanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hadisə Şərqi Yava əyalətinin Sidoarco şəhərində yerləşən və tikintisi davam edən “Al Xoziny” İslam internat məktəbində qeydə alınıb. Faciə nəticəsində azı bir şagird həlak olub, təxminən 80 nəfər xəsarət alıb. Hadisədən sonra 38 nəfərin, o cümlədən şagirdlərin və tikinti işçilərinin axtarışları davam etdirilir.
Yerli medianın yazdığına görə, internat binası yalnız bir neçə ay əvvəl inşa edilib və son betontökmə işlərinin aparılmasına baxmayaraq, artıq məktəbdə dərslər keçirilirdi.