Qazaxıstanın tranzit potensialı güclənir

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev telekörpü vasitəsilə “Yeni İpək Yolu” 7-ci Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumunda iştirakı çərçivəsində Dostık-Moyıntı dəmir yolu hissəsində ikinci relsin açılışını edib.

NUHÇIXAN-ın Akordanın mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, dövlət başçısı çıxışında qeyd edib ki, yeni dəmir yolu yükdaşımalarının həcmini 5 dəfə artıracaq. İxrac mallarının çatdırılma müddətləri azalacaq, tranzit potensialı gücləndiriləcək.

Qazaxıstan dövlətinin başçısı deyib: “Qazaxıstan Şimalla Cənub, Qərblə Şərqi birləşdirir. Ölkə ərazisindən dünyanın ən böyük ticarət bazarlarına yol açan beş dəmir yolu dəhlizi keçir. Biz nəqliyyat və logistika infrastrukturunun inkişafına xüsusi önəm veririk. Son on ildə sənayeyə təxminən 35 milyard dollar sərmayə qoyulub”.

Tokayev bəyan edib ki, gələcək planlara 5 min kilometr dəmir yolunun tikintisi və 11 min kilometrli xəttin təmiri daxildir.

Qazaxıstanın lideri bildirib: “Hazırda Moyıntı-Kızılcar dəmir yolunda tikinti işləri aparılır. Kızılcar stansiyasından Aktau limanına qədər olan hissələr modernləşdiriləcək. Bu marşrut Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz – red.) əsas hissəsidir. Bütün bu tədbirlər Avropa ilə Asiya arasında əlaqələri gücləndirəcək və Trans-Qazaxıstan Dəmir Yolu Marşrutunun və Orta Dəhlizinin dinamik inkişafına güclü təkan verəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: