Filippində zəlzələ nəticəsində 27 elektrik stansiyası fəaliyyətini dayandırıb

A- A A+

Filippində baş verən zəlzələ ümumi gücü 1444,1 meqavat olan 27 elektrik stansiyasını sıradan çıxarıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Filippinin Milli Elektrik Şəbəkəsi Korporasiyası məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, zəlzələ nəticəsində 27 elektrik stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Həmçinin təbii fəlakət 138-230 kilovolt gərginliyə malik 14 elektrik ötürücü xətti zədələyib.

Filippinin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına əsasən, tektonik mənşəli yeraltı təkanların ocağı Sebu əyalətinin Boqo şəhərindən təxminən 20 km şimal-şərqdə, yer səthindən beş kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, sentyabrın 30-da yerli vaxtla saat 21:59-da Filippində 6,9 ballıq zəlzələ baş verib. Son məlumata görə, təbii fəlakət nəticəsində 60 nəfər həyatını itirib. Güclü təkanların qeydə alındığı Sebu əyalətində fövqəladə vəziyyət elan olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: