Böyük Britaniya şahzadəsi Anna Ukraynaya səfər edib

A- A A+

Böyük Britaniya Kralının bacısı, şahzadə Anna müharibədən zərər çəkmiş uşaqlara dəstək məqsədilə Ukraynaya gözlənilməz səfər edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Bildirilib ki, səfərin əsas məqsədi münaqişə bölgəsində yaşayan uşaqların keçirdiyi travmatik hallara diqqət çəkmək olub.

Səfər çərçivəsində şahzadə Anna Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşərək Böyük Britaniyanın bu ölkəyə dəstəyini və rəsmi Kiyevin davamlı müqavimətini müzakirə edib.

Şahzadə Ukraynanın birinci xanımı Olena Zelenskaya ilə birlikdə Xarkov şəhərində yerləşən Uşaq Memorialına baş çəkib.

Bundan başqa, müharibə dövründə təsis edilmiş uşaq hüquqlarının müdafiəsi mərkəzində də olub, burada ailələrinə qovuşan uşaqlarla və digər azyaşlıların geri qaytarılması üçün çalışan heyətlə görüşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: