Xəzərin sahilində kiçik atom elektrik stansiyası tikilə bilər

A- A A+

Qazaxıstanın qərbində daha bir atom elektrik stansiyası tikilə bilər.

NUHÇIXAN “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, söhbət Xəzər dənizinin sahilindən gedir.

“Yer hələ konkret olaraq müəyyən edilməyib, kiçik və orta güclü reaktorları olan atom elektrik stansiyası üçün potensial məkan nəzərdən keçirilir. Yəni, BAEA-nın bütün əsas təlimatlarına əsaslanaraq, atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı yaxın vaxtlarda araşdırma aparılacaq: seysmiklik, təhlükəsizlik, su anbarının mövcudluğu, kifayət qədər suyun miqdarı - biz bu məsələni araşdırırıq. Amma Agentlik atom elektrik stansiyasının tikintisi üçün qərbi Qazaxıstanı kəşf etməyi planlaşdırır və biz bu yerin perspektivli olduğunu başa düşürük”, - deyə Satkaliyev bildirib.

O, bundan əvvəl Almatı vilayətində eyni zamanda iki atom elektrik stansiyasının tikintisinin planlaşdırıldığını açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: