Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır

A- A A+

Şimali Koreya gələn həftə hakim Əmək Partiyasının 80 illiyi münasibətilə böyükmiqyaslı hərbi parad keçirməyə hazırlaşır.

NUHÇIXAN-ın "Yonhap" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin mətbuat katibi Li Son Çun danışıb.

"Şimali Koreyanın on minlərlə insanın iştirakı ilə hərbi parada hazırlaşdığına dair əlamətlər var. Hərbi qüvvələrimiz hazırlıqlara diqqətlə nəzarət edir", - o qeyd edib.

Li Son Çun həmçinin bildirib ki, hərbçilər nəqliyyat vasitələrinin və bəzi hərbi avadanlıqların hərəkətini qeydə alıblar. Onun sözlərinə görə, ehtimal ki, parad gecə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: