İndoneziyada 59 nəfər hələ də məktəbin dağıntıları altında qalır

A- A A+

İndoneziyada məktəb binasının uçması nəticəsində dağıntılar altında qalan 59 nəfər hələ də itkin düşmüş hesab olunur.

NUHÇIXAN xəbər verir ki, İndoneziyanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, axtarış-xilasetmə işlərində termal pilotsuz uçuş aparatlarından istifadə edilsə də, dağıntılar altında həyat əlamətlərinə rast gəlinməyib.

Bu gündən etibarən axtarış işlərinin növbəti mərhələsinə - ağır texnikanın tətbiqi ilə beton lövhələrin qaldırılması prosesinə başlanacaq. Xilasedicilər sağ qalan şəxslər üçün təhlükə yaratdığı üçün indiyədək bu üsuldan istifadə etmirdilər.

Xatırladaq ki, son məlumata görə, sentyabrın 29-da Şərqi Yava əyalətinin Sidoarco şəhərində yüzlərlə şagirdin təhsil aldığı ikimərtəbəli məktəb binasının çökməsi nəticəsində azı beş nəfər həlak olub, 100 nəfərə yaxın insan isə xəsarət alıb. Sidoarco şəhər administrasiyası məktəb rəhbərliyinin binada tikinti işləri üçün rəsmi icazə almadığını bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: