Fransada etiraz aksiyalarının təhlükəsizliyini 76 min polis və jandarm qoruyacaq

A- A A+

Fransa Daxili İşlər Nazirliyi bu günə planlaşdırılan irimiqyaslı etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün 76 min polis və jandarm cəlb edəcək.

NUHÇIXAN BFM telekanalına istinadla xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri vəzifəsini icra edən Bruno Retayo jurnalistlərə açıqlaması zamanı bildirib.

Cümə axşamı günü ölkədə hökumətin sərt iqtisadi tədbirlərinə qarşı təxminən 250 etiraz aksiyası gözlənilir. Aksiyalar həmkarlar ittifaqlarının təşəbbüsü ilə keçirilir. Bildirilir ki, ictimai nəqliyyatın fəaliyyətində ciddi dəyişiklik gözlənilmir. Paris metrosu əvvəlki qaydada işləyəcək.

Şəhərətrafı qatarların hərəkətində kiçik fasilələr gözlənilir. Təyyarə uçuşlarında gecikmələr də ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: