Rusiya sərhədi yaxınlığında itkin düşmüş norveçli əsgərlər tapılıb - YENİLƏNİB

A- A A+

Rusiyanın sərhədində yerləşən Finnmark şəhərində təlim zamanı itkin düşən norveçli əsgərlər tapılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə TV2 telekanalı məlumat yayıb.

Məlumata əsasən, təxminən saat 07:00-da bir neçə əsgər şosedəki nəzarət-buraxılış məntəqəsinə çatıb. Digərləri isə sonradan Finlandiya-Norveç sərhəd bölgəsinə çataraq əlaqə yaradıblar. Silahlı qüvvələrin nümayəndələri əsgərləri oradan götürmək üçün yola çıxıblar.

"Bütün əsgərlər tapılıb", - məlumatda qeyd olunub.

09:00

Rusiya sərhədi yaxınlığında keçirilən təlimlər zamanı beş Norveç hərbçisi itkin düşüb.

NUHÇIXAN xəbər verir ki, polis onların tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Məlumata görə əvvəlcə 10 əsgərin itkin düşdüyü bildirilsə də onlardan beşi tapılıb. Belə ki, üçü razılaşdırılmış görüş yerinə gəlib, daha ikisi isə xilasetmə helikopteri tərəfindən aşkarlanıb.

İtkin düşən beş nəfərin arasında həm zabitlərin, həm də çağırışçıların olduğu bildirilir.

Məlumata görə hərbçilər gizli qalmaq bacarıqlarını məşq edirdilər. Əməliyyat qərargahının rəhbəri Hauklанd Hensen bildirib ki, itkin düşmənin ehtimal olunan versiyalarından biri hərbçilərin görüş vaxtını düzgün başa düşməməsi və ya planlaşdırılandan artıq gecikdiyi ehtimallıdır.

Digər versiyalar isə odur ki, onlardan kimsə xəsarət alıb və ya onlar azıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: