ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hökumət orqanlarının fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar 800 əməkdaşını işdən çıxarıb.
NUHÇIXAN xəbər verir ki, CBS telekanalının məlumatına görə, işdən çıxarılanların təxminən üçdə biri operativ əməliyyat işçiləridir. Hazırda FTB əməkdaşlarının sayı 36,7 min nəfər təşkil edir.
Telekanal qeyd edir ki, Donald Tramp tərəfdarları bu kadr islahatını müsbət qiymətləndirib.
Ötən gün FTB agentlərinin assosiasiyası hökumətin fəaliyyətinin dayanmasının ölkənin təhlükəsizliyini riskə atacağından narahat olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 1-də ABŞ-ın şərq vaxtı ilə saat 00:00-dan etibarən hökumət orqanlarının fəaliyyəti dayandırılıb. Buna səbəb Konqresdə onların maliyyələşdirilməsinin uzadılması ilə bağlı qanun layihəsi barədə razılığın əldə olunmamasıdır.