İtaliyada Qəzzaya dəstək aksiyaları keçirilir - FOTOLAR

A- A A+

İtaliyanın müxtəlif şəhərlərində Fələstin xalqına və Qəzza əhalisinə dəstək məqsədilə yürüşlər və nümayişlər keçirilir.

NUHÇIXAN xəbər verir ki, paytaxt Romadakı aksiyada 300 mindən çox insan iştirak edib. Turində 50 mindən çox insan küçələrə çıxıb. Eləcə də Milan, Bolonya, Neapol, Genuya, Florensiya, Ankona, Bari və Palermoda nümayişlər olub.

Bu gün, həmçinin yerli həmkarlar ittifaqları tərəfindən nəqliyyat sektorunda birgünlük milli tətil elan olunub. Tətil yerli ictimai nəqliyyatı, dəmir yollarını, limanları və digər sektorları əhatə edir. Bu, paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşviş yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: