Türkiyə və ABŞ prezidentləri qlobal məsələləri müzakirə ediblər

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan ABŞ səfərinin münasibətləri gücləndirdiyini, müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığı möhkəmləndirən addımların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə Prezidenti ölkəsinin başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə sülhün təmin olunması üçün səylər göstərdiyini və bu məqsəd istiqamətində təşəbbüsləri məmnuniyyətlə qarşıladığını deyib. Rəcəb Tayyib Ərdoğan ölkəsinin sülh naminə diplomatik təmaslarını sürətləndirdiyini və qlobal sülh baxışına töhfə verməyə davam edəcəyini diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: