İsrailin Qlobal Sumud Donanması çərçivəsində saxladığı italiyalı parlamentarilər ölkəyə qayıdıblar.
NUHÇIXAN xəbər verir ki, İtaliya Demokrat Partiyasından 2, Yaşıllar Partiyası və “Beş Ulduz Hərəkatı”ndan bir deputat olmaqla ümumilikdə 4 parlamentari sərbəst buraxıldıqdan sonra Təl-Əvivin Ben Qurion hava limanından aviareyslə Romanın Fiumicino aeroportuna gətirilib.
Deputatları hava limanında partiya sədrləri və Roma meri Roberto Qualtieri qarşılayıblar.