İsveçli deputat Avropa Parlamentində hicabın qadağan olunmasını təklif edib

A- A A+

Avropa Parlamentində təmsil olunan “İsveç Demokratları” partiyasının deputatı Çarli Veymers bu qurumda çalışan bütün əməkdaşlar və işçilər üçün müsəlman baş örtükləri olan hicab və niqabın qadağan olunması təşəbbüsü ilə çıxış edib.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi qadın zorakılığından azad bir mühit yaratmaq və onları itaətkarlıq simvollarından qorumaqdır.

NUHÇIXAN xəbər verir ki, gələn həftə deputat bu məsələ ilə bağlı parlamentin sədri Roberte Metsolaya həmkarlarının imzaladığı petisiyanı təqdim etməyi planlaşdırır. Hazırda təşəbbüsü əsasən mühafizəkar və sağçı partiyalardan olan təxminən 30 deputat dəstəkləyib.

Liberal partiyanın nümayəndəsi Karin Karlsbro isə qadağaya qarşı çıxaraq bildirib ki, Avropa Parlamentində geyim seçiminə məhdudiyyət qoyulmur.

“Deputatlar istənilən bəyanatla çıxış edə bilərlər, lakin bu təşəbbüsü mən dəstəkləmirəm”, – deyə o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: