Almaniya PUA-larla mübarizə üçün xüsusi bölmə yaratmaq niyyətindədir

A- A A+

Almaniya hakimiyyəti Ukrayna və İsraillə pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə sistemlərinin hazırlanması sahəsində əməkdaşlığı genişləndirəcək.

NUHÇIXAN-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib.

Nazir aydınlaşdırıb ki, qərarın bir hissəsi kimi Almaniya yalnız pilotsuz uçuş aparatlarından müdafiəyə cavabdeh olan xüsusi bölmə yaratmaq niyyətindədir.

Berlin həmçinin tədqiqatlara və hücumları daha tez dəf etməyə qadir olan yeni texnologiyaların inkişafına daha çox vəsait ayırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: