Zelenski Rusiyaya qarşı yeni sanksiyalar elan edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi sənayesi və neft sektoruna qarşı yeni məhdudiyyətlər qoyub.

NUHÇIXAN xəbər verir ki, Zelenski bu barədə özünün "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, birinci fərman müddəti bitən sanksiyaları uzadır və rusiyalı sahibkarlara şamil edilir. İkinci fərman Rusiyanın hərbi sənaye müəssisələrinə, xüsusən də dron və komponent istehsalçılarına məhdudiyyətlər qoyur.

Zelenski deyib ki, üçüncü sənəd Rusiyanın neft sektoru ilə əlaqəli şəxslərə və şirkətlərə aiddir.

"Biz həmçinin Avropa İttifaqından yeni sanksiyaları, 19-cu paketi və ABŞ-dən müvafiq addımlar gözləyirik", - deyə Ukrayna lideri bildirib.

Sentyabrın 19-da Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təqdim edib. Buraya Rusiya hərbi sənaye kompleksinə yardıma görə üçüncü ölkələrə qarşı sanksiyalar, 2027-ci ilə qədər Rusiyanın mayeləşdirilmiş təbii qazına qadağa, Rusiya, Hindistan və Çinin sənaye sahələrinə daha sərt ixrac nəzarəti və digər tədbirlər daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: