Oktyabrın 4-də Tbilisidə keçirilən mitinqdə 32 polis əməkdaşı xəsarət alıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, 30 polis əməkdaşı yüngül xəsarət alıb, bir nəfər orta ağır, digəri isə ağır şəkildə yaralanıb. Hazırda həkimlər ağır yaralanan şəxsin vəziyyətini sabit qiymətləndirirlər.
Daha əvvəl Gürcüstan Səhiyyə Nazirliyi iğtişaşlar nəticəsində 21 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığını bildirmişdi.