Tramp: HƏMAS razılıq verdiyi halda, Qəzzada atəşkəs rejimi dərhal tətbiq olunacaq

A- A A+

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza sektorunda atəşkəs rejimi HƏMAS Amerika tərəfinin təklif etdiyi plana razılıq verdiyi halda, dərhal qüvvəyə minəcək.

NUHÇIXAN-ın məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Danışıqlardan sonra İsrail bizim göstərdiyimiz və HƏMAS-a bildirdiyimiz ilkin qoşunların geri çəkilmə xəttinə razılıq verib", - deyə o qeyd edib.

"HƏMAS razılığını təsdiqləyəndə atəşkəs dərhal qüvvəyə minəcək, girovların və məhbusların mübadiləsi başlayacaq, biz geri çəkilmənin növbəti mərhələsi üçün şərait yaradacağıq ki, bu da 3 000 il davam edən bu fəlakətin başa çatmasına bizi yaxınlaşdıracaq", - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: