Pakistan Hindistanın təhdidinə cavab verib: Bu dəfə coğrafi toxunulmazlıq mifini dağıdacağıq

A- A A+

Əgər yeni qarşıdurma baş verərsə, Pakistan tərəddüd etmədən və heç bir məhdudiyyət olmadan qətiyyətlə cavab verəcək.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Upendra Dvivedinin təhdidinə cavab olaraq Pakistan ordusunun yaydığı bəyanatda yer alıb.

"Hindistan müdafiə strukturlarının son dərəcə təhrikedici bəyanatları qarşısında gələcək münaqişənin fəlakətli dağıntılara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirik. Əgər yeni düşmənçilik dalğası başlayarsa, Pakistan geri çəkilməyəcək. Biz qətiyyətlə, heç bir tərəddüd və məhdudiyyət olmadan cavab verəcəyik", - bəyanatda vurğulanıb.

O da qeyd edilib ki, Pakistan Silahlı Qüvvələri döyüşü düşmənin ərazisinin hər bir küncünə çatdırmaq üçün imkan və qətiyyətə malikdir:

"Bu dəfə biz coğrafi toxunulmazlıq mifini dağıdacağıq və Hindistan ərazisinin ən uzaq nöqtələrinə zərbə endirəcəyik. Pakistanı xəritədən silmək söhbətinə gəlincə, Hindistan bilməlidir ki, əgər vəziyyət o həddə çatarsa, silinmə qarşılıqlı olacaq".

Qeyd edək ki, Upendra Dvivedi Pakistanı xəritədən silməklə təhdid edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: