Hindistan hökuməti Rusiyadan əlavə beş ədəd S-400 hava hücumundan müdafiə sistemi almaq imkanını dəyərləndirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri müdafiə sahəsindəki mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Hindistan Müdafiə Nazirliyinin nümayəndələri bu həftə rusiyalı həmkarları ilə görüşəcək. Görüşdə ölkənin müdafiə potensialını gücləndirmək məqsədilə S-400 zenit-raket komplekslərinin birgə istehsalı və ya birbaşa alınması məsələləri müzakirə olunacaq.
Mənbələr bildirir ki, Hindistanın 7 min kilometrlik sahil xəttini istənilən hava hücumundan qorumaq və xüsusilə Şimal Komandanlığının məsuliyyət zonasındakı hava hücumundan müdafiə boşluqlarını aradan qaldırmaq üçün daha beş S-400 sisteminə ehtiyacı var.