ABŞ-ın Kaliforniya və Oreqon ştatları Prezident Donald Tramp administrasiyasına qarşı növbəti dəfə məhkəmə iddiası qaldırıblar.
NUHÇIXAN xəbər verir ki, “Axios” portalının məlumatına görə, məhkəmə iddiası Milli Qvardiyanın 200 əsgərinin Kaliforniyadan Oreqon ştatının Portlend şəhərinə göndərilməsinin qarşısını almaq məqsədi daşıyır.
Oreqon ştatının baş prokuroru Biver Den Reyfild bildirib ki, Ağ Ev məhkəmənin əvvəlki qərarını pozaraq Kaliforniya ştatının 100 federal hərbçisini artıq Oreqona göndərib.
“Bu, məhkəmə qərarını açıq şəkildə pozmaq cəhdidir. Portlendə bu müdaxilə lazım deyil. Tramp isə Kaliforniya Milli Qvardiyasından öz siyasi məqsədləri üçün istifadə etməklə səlahiyyətlərini aşır”, – deyə baş prokuror bildirib.
Qeyd edək ki, bir müddət öncə Oreqon ştatının dairə məhkəməsi Donald Trampa şəhərdə baş verən iğtişaşlara qarşı mübarizə adı altında Milli Qvardiya qüvvələrini Portlendə yerləşdirməyi qadağan edib. Məhkəmə bu addımı ABŞ Konstitusiyasının pozulması kimi qiymətləndirib.