Monteneqronun keçmiş müdafiə naziri həbs edilib

A- A A+

Monteneqronun keçmiş müdafiə naziri və Sosialistlərin Demokrat Partiyasının sabiq deputatı Predraq Boşkoviç həbs olunub.

NUHÇIXAN xəbər verir ki, Predraq Boşkoviç prokurorluğun qərarı ilə Podqoritsa hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

O, iş adamı Aleksandar Miyayloviçə qarşı aparılan istintaq çərçivəsində həbs edilib. Onunla yanaşı, keçmiş 3 polis əməkdaşı və bir prokuror saxlanılıb. Onların əmlaklarına həbs qoyulması barədə qərar çıxarılıb.

Saxlanılanların təhlükəsizlik sisteminə qarşı işləməkdə və cinayət təşkilatı yaratmaqda ittiham edildiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: