Hindistanda Rusiya ilə birgə hərbi təlimlər başlayıb

A- A A+

Hindistanın Mahacan poliqonunda Rusiya ilə birgə keçirilən "İndra-2025" təlimləri başlayıb.

NUHÇIXAN Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 15-nə qədər davam edəcək təlimlərin məqsədi beynəlxalq terrorla mübarizədə qarşılıqlı əlaqələrin, antiterror əməliyyatlarının keçirilmə taktikasının təkmilləşdirilməsidir.

Bundan başqa, təlimlərdə bölmələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və müasir şəraitdə döyüş əməliyyatlarının aparılması ilə bağlı təcrübə mübadiləsinə diqqət yetiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: