Çində turistlər Tsinxay əyalətindəki dağlarda köməksiz vəziyyətdə qalıb, bir nəfər ölüb, 137 nəfər təxliyə edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çin mətbuatı ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib.
Yerli hökumət orqanları oktyabrın 5-də çoxlu sayda turistin 4 min metrdən artıq yüksəklikdə olan ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat alıb.
Ərazinin mürəkkəb relyefi və qeyri-sabit hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirir.
Axtarış əməliyyatlarına 300-dən çox xilasedici və pilotsuz uçuş aparatları cəlb edilib.