Litvanın Baş naziri İnqa Ruqinene yeni vəzifəsində ilk xarici səfərini Kiyevə edib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
İ.Ruqinene Mixaylovski Zlatoverx kilsəsi yanındakı xatirə divarından foto paylaşıb.
"İlk səfərim üçün azad və sarsılmaz Ukraynadan daha yaxşı yer ola bilməz", - Baş nazir yazıb.
Səfərin digər təfərrüatları hələ ki məlum deyil.