Vyetnamın lideri Şimali Koreyaya səfər edəcək

A- A A+

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın dəvəti ilə oktyabrın 9-da bu ölkəyə üçgünlük səfər edəcək.

NUHÇIXAN Vyetnam mediasına istinadla xəbər verir ki, səfərin məqsədi Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü tədbirlərində iştirakdır. Əsas yubiley tədbirlərinin oktyabrın 10-da keçirilməsi nəzərdə tutulub. Bu, Vyetnam liderinin son 18 illik fasilədən sonra Şimali Koreyaya ilk səfəridir. İki ölkə 1950-ci ildə diplomatik münasibətlər qurandan bəri sıx münasibətlər saxlayır.

Qeyd edək ki, Koreya Fəhlə Partiyasının 80-ci ildönümü münasibətilə irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradın keçiriləcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: