Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon vasitəsilə Yaxın Şərqdəki hadisələri və Qəzza bölgəsindəki vəziyyətin tənzimlənməsini müzakirə edib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Vladimir Putinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı olub. Yaxın Şərqdə cərəyan edən hadisələr, o cümlədən ABŞ Prezidentinin Qəzza bölgəsində normallaşma planı kontekstində ətraflı müzakirə aparılıb", - məlumatda qeyd olunub.
Tərəflər həmçinin İranın nüvə proqramı üzrə "həll yolları"nın axtarışını və Suriyada sabitləşməni müzakirə ediblər.