ABŞ Prezidenti Ağ Evdə finlandiyalı həmkarını qəbul edəcək

A- A A+

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Ağ Evdə finlandiyalı həmkarı Aleksandr Stubbu qəbul edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.

Qeyd edilir ki, Finlandiya Prezidenti ABŞ-yə işgüzar səfər edəcək. Levittin sözlərinə görə, həmin gün Amerika Prezident Kabinetinin iclası da baş tutacaq.

Mətbuat katibi Trampın oktyabrın 7-də Ağ Evdə Kanadanın Baş naziri Mark Karnini qəbul edəcəyini təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: