ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində qəzaya uğrayan tibbi helikopter şoseyə düşüb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə CBS telekanalı xəbər yayıb.
Kanalın məlumatına əsasən, hadisə nəticəsində ən azı üç nəfər ağır xəsarət alıb. Hava gəmisinin xəstəxanaya, yaxud xəstəxanadan uçduğu hələlik məlum deyil.
Hadisə yerinin ətrafındakı şose bağlanıb, səbəb barədə məlumat verilməyib.