Aİ Rusiya diplomatlarının səfərlərinə məhdudiyyət tətbiq edəcək

A- A A+

Avropa İttifaqı (Aİ) ölkələrinin hökumətləri Rusiya diplomatlarının blok daxilində sərbəst hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı razılığa gəliblər.

NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, yeni qaydalara əsasən, Avropa İttifaqına üzv ölkələrin paytaxtlarında fəaliyyət göstərən Rusiya diplomatları həmin dövlətin sərhədini keçməzdən əvvəl səfər planları barədə əvvəlcədən məlumat verməyə məcbur olacaqlar.

Çexiya tərəfindən irəli sürülən təşəbbüs hazırda Brüsseldə hazırlanmaqda olan yeni sanksiyalar paketinin tərkib hissəsidir.

Qeyd edək ki, əvvəlcə bu tədbirə etiraz edən Macarıstan son anda vetosunu geri götürüb və bununla da razılaşmanın qəbuluna yaşıl işıq yandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: