Bu ilin ikinci rübündə Avropa İttifaqında (Aİ) işləyənlərin 10,8 faizi əsas və ikinci işlərlə birlikdə həftədə 45 saatdan çox çalışıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Aİ Statistika İdarəsinin (Eurostat) məlumatında qeyd olunub.
Ən yüksək göstərici Yunanıstanda (20,9 faiz), Kipr (16,6 faiz) və Maltada (14,6), ən aşağı göstəricilər isə Bolqarıstanda (2,5 faiz), Latviyada (4,1 faiz) və Rumıniyada (5,9 faiz) qeydə alınıb.
Aİ üzrə işçilərin 72,3 faizi əsas və ikinci işlərlə birlikdə həftədə 20-44 saat işləyib ki, bu da ən çox yayılmış iş müddəti kateqoriyasıdır. Bu göstərici üzrə Bolqarıstan (92,8 faiz), Rumıniya (90,6 faiz) və Latviya (86,9 faiz) ilk sıralardadır.
Ümumilikdə, Aİ-də işləyənlərin 16,9 faizi faizi həftədə 19 saata qədər çalışıb. Bu göstərici ən çox Niderland (26,8 faiz), Danimarka (25,5 faiz və Avstriyada (25,3 faiz) müşahidə edilib. Ən az göstəricilər isə Rumıniya (3,5 faiz) Bolqarıstan (4,6 faiz) və Yunanıstanda (6,1 faiz) qeydə alınıb.