“Halonq” tayfunu Yaponiyanın cənubundakı suların üzərindən qərbə doğru irəliləyir.
NUHÇIXAN xəbər verir ki, Yaponiyanın meteoroloji rəsmiləri hazırda tayfunun saatda 15 kilometr sürətlə hərəkət etdiyini, onun mərkəzində isə küləyin sürətinin saatda 144 kilometrə çatdığını açıqlayıb. Proqnozlara görə, qasırğanın küləyinin sürəti saatda 198 kilometrə çata bilər.
Rəsmi qurumlar İzu adalarında əhaliyə güclü külək və dənizdə yüksək dalğalara qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, son günlər Sakit okeanda bir-birinin ardınca bir neçə tayfun müşahidə olunub. “Raqasa”, “Bualoy”, “Matmo” adlı qasırğalar Çin, Filippin və Vyetnamda insan tələfatına və dağıntılara səbəb olub.