ABŞ-nin müharibə naziri Pit Heqset ölkənin Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil gizli qırıcı təyyarələrinin layihəsini təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" iki mənbəyə istinadən məlumat yayıb.
Onların məlumatına görə, müdafiə orqanı həftənin sonuna qədər daşıyıcı əsaslı qırıcıların layihələndirilməsi və qurulması üçün podratçı seçə bilər. Pentaqon təyyarə istehsalçıları "Boeing" və "Northrop Grumman"ı nəzərdən keçirir.
Döyüş təyyarəsi "F/A XX" adlanacaq və 1990-cı illərdən xidmətdə olan "F/A-18E/F Super Hornet"i əvəz edəcək. Yeni təyyarənin təkmilləşdirilmiş gizli xarakteristikası, artan uçuş məsafəsi və müddəti, həm pilotsuz döyüş təyyarələri, həm də Hərbi Dəniz Qüvvələrinin daşıyıcı əsaslı hava hücumundan müdafiə sistemləri ilə inteqrasiya etmək qabiliyyətinə malik olacağı gözlənilir.