Latviya Belarus və Rusiya ilə sərhədləri üzərində hava məkanının bağlanması müddətini uzadıb

A- A A+

Latviya hava məkanında Belarus və Rusiya ilə şərq sərhədinə yaxın ərazilərdə gecə uçuşuna qadağa müddəti uzadılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Latviyanın Belarus və Rusiya ilə şərq sərhədi yaxınlığındakı hava məkanında məhdudiyyətlər uzadılır: Oktyabrın 8-dən növbəti qərarların qəbul edilməsinə qədər, bağlanma saat 20:00-dan saat 7:00-a kimi qüvvədə qalacaq”, - deyə məlumatda bildirilir.

“Digər NATO ölkələrində hava məkanının pozulması halları, eləcə də Milli Silahlı Qüvvələrə hava məkanını daha ətraflı müşahidə etmək, pilotsuz uçuş aparatlarından istifadə və onlara qarşı mübarizə üzrə təlimlər keçirmək, mobil döyüş hissələrini yerləşdirmək və onlara təlim keçmək imkanı verdiyi faktı nəzərə alaraq, sutkanın qaranlıq vaxtı Latviyanın hava məkanının qismən bağlanmasının davam etdirilməsi barədə qərar qəbul edilib. Bu, NATO-nun “Eastern Sentry” (“Şərq keşikçisi”) əməliyyatının planlaşdırılması, eləcə də digər Baltikyanı ölkələrlə koordinasiya ilə bağlıdır”, - deyə Latviyanın müdafiə naziri Andris Spruds mətbuat xidməti vasitəsilə bildirib.

Sentyabrın 11-də Latviya Belarus və Rusiya ilə sərhəd boyunca respublikanın hava məkanında müvəqqəti uçuşlara qadağa qoyub. Onun bitmə tarixi açıqlanmayıb. Sentyabrın 18-də Latviya qadağanı yumşaldaraq, gündüz saatlarında uçuşlara icazə verib.

Hava məkanı respublikanın xarici sərhədindən 50 kilometrlik zona daxilində 6 min metrə qədər yüksəkliklərdə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: