ABŞ Prezidenti Donald Tramp hazırda Ukraynaya “Tomahawk” qanadlı raketlərinin məhdud sayda tədarükünü planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, “Mundo” qəzeti bu barədə Ağ Evə yaxın mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, “Tomahawk” raketlərinin Ukraynaya tədarükü Rusiyaya təzyiq vasitəsi kimi nəzərdə keçirilir. Lakin rəsmi Moskvanı danışıqlara cəlb etmək strategiyası uğur qazanmasa, həmin raketlərin tədarükü artırıla bilər.
Xatırladaq ki, bir müddət öncə Donald Tramp “Tomahawk” raketlərinin Ukraynaya tədarükü ilə bağlı qərarını elan edib. Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində bu raketlərinin Ukrayna ərazisində tətbiqinin Moskva ilə Vaşinqton arasında münasibətlərə ciddi zərər vuracağını bildirib.