Son beş ildə Polşa vətəndaşlığı alan ukraynalıların sayı açıqlanıb

A- A A+

2019–2024-cü illər ərzində təxminən 26 min ukraynalı Polşa vətəndaşlığı alıb.

NUHÇIXAN xəbər verir ki, Ukraynanın Polşadakı səfiri Vasili Bodnar bu barədə RMF FM radiosuna müsahibəsində deyib. Diplomatın sözlərinə görə, hazırda Polşa ərazisində təxminən 1,5 milyon ukraynalı yaşayır.

Qeyd edək ki, sentyabr ayının sonunda Polşa Prezidenti Karol Navrotski ukraynalılara xüsusi yardım haqqında qanunu sonuncu dəfə imzalayıb. Yeni qanuna əsasən, Polşada işləməyən Ukrayna vətəndaşları bəzi sosial güzəştlərdən məhrum ediləcək.

Polşanın dövlət başçısı, həmçinin ölkədə təqribən bir milyona yaxın ukraynalının yaşadığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: