Dünyada qızılın qiyməti rekord dərəcədə bahalaşıb

A- A A+

ABŞ-da hökumətin bağlanması (shutdown) və geosiyasi qeyri-müəyyənliyin investorları qızıl almağa sövq etməsi nəticəsində bu qiymətli metalın dəyəri rekord həddə çatıb.

NUHÇIXAN “Spiegel” qəzetinə istinadla xəbər verir ki, qızılın qiyməti tarixdə ilk dəfə olaraq hər unsiya üçün 4000 ABŞ dolları həddini keçib. Ötən gün bir unsiyanın qiyməti 0,4 faiz artımla 4002 dollar səviyyəsində qeydə alınıb.

Ümumiyyətlə ötən ilin sonundan etibarən qızılın dəyəri digər çoxsaylı investisiya kateqoriyalarına nisbətən daha sürətlə yüksəlib və bu ilin əvvəlindən 50 faizdən çox bahalaşıb. Bu artımın əsas səbəbi investorların iqtisadi və geosiyasi risklər qarşısında daha etibarlı aktivlər axtarmasıdır. Son zamanlar ABŞ-da baş verən büdcə böhranı nəticəsində hökumətin bağlanması və dövlət borcunun yüksək səviyyəsi Amerika istiqrazlarına etimadı azaldır. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi kimi geosiyasi hadisələr də etibarlı alternativ investisiya vasitəsi kimi qızıla tələbatı artırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: