Xorvatiyanın JANAF şirkəti Serbiyanın “Naftna Industrija Srbije” (NIS) şirkətinə neft tədarükünü davam etdirmək üçün ABŞ-dan yeni icazə alıb.
NUHÇIXAN xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) verdiyi yeni icazənin müddəti növbəti 7 gündür.
Bu, Serbiya şirkətinə Adriatik neft kəməri ilə tədarükü davam etdirməyə imkan verən icazənin ardıcıl 7-ci dəfə uzadılması deməkdir. Halbuki NIS hələ də rəsmi olaraq ABŞ sanksiyalarının tətbiq edildiyi şirkətlərdəndir. Yeni qərarın sanksiyaların tətbiqinin təxirə salınması anlamına gəldiyi yəni bu gün məlum olacaq.
Qeyd edək ki, Serbiya tərəfi ABŞ-dan NIS neft şirkətinə qarşı sanksiyaları yenidən təxirə salmasını istəyir və bununla bağlı sayca 8-ci sorğu göndərilib.
Birləşmiş Ştatların Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atılıb. Ötən müddətdə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ABŞ tərəfinə şirkətə qarşı sanksiyaların təxirə salınması üçün bir neçə dəfə məktub göndərib. Serbiya hökuməti 2008-ci ildə NIS şirkətinin səhmlərinin bir hissəsini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.
Baş ofisi Zaqrebdə yerləşən JANAF şirkəti Adriatik dənizi boru kəməri vasitəsilə Mərkəzi Avropaya xam neft nəql edir.