Qazaxıstanda mayeləşdirilmiş qazın ixracı qadağası uzadılıb

A- A A+

Qazaxıstanda mayeləşdirilmiş neft qazının avtomobil və dəmir yolu nəqliyyatı ilə ixracına qoyulan qadağa altı ay müddətinə uzadılıb.

NUHÇIXAN-ın Qazaxıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə qərar Baş nazirin müavini – milli iqtisadiyyat naziri Serik Jumanqarinin sədrliyi ilə keçirilən Xarici Ticarət Məsələləri üzrə İdarələrarası Komissiyanın iclasında qəbul edilib.

Bildirilib ki, bu tədbir daxili tələbatın təmin edilməsi və qiymətlərin sabitliyinə yönəlib. Hakimiyyət vurğulayır ki, bu qərar yanacaq kimi mayeləşdirilmiş qazdan istifadə edən avtomobillərin sayının artması və onun yüksək sosial əhəmiyyəti ilə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: