İsrailin saxladığı "Azadlıq donanması"na aid gəmilərdəki Türkiyənin üç deputat oktyabrın 9-da vətənə qayıdacaq.
NUHÇIXAN xəbər verir ki, məlumatı "CNN Turk" yayıb.
Məlumata görə, üç deputat oktyabrın 8-də İsrailin Aşdod limanından Təl-Əvindəki Ben Qurion Hava Limanına gətiriliblər. Türkiyənin 18 vətəndaşı Ketziotdakı saxlanma mərkəzinə aparılıb. Onlar Türkiyənin Təl-Əvivdəki konsulluğunu nümayəndələri ilə oktyabrın 9-da görüşəcək.
Bildirilib ki, Türkiyə vətəndaşlarının ölkəyə dönmələri üçün lazımi tədbirlər görülüb, xüsusi təyyarə reysi təşkil edilib.
Qeyd edək ki, Səadət Partiyasının deputatları Necmettin Çalışkan, Mehmet Atmaca və Sema Silkin Ün "Azadlıq donanması"nda saxlanılanlar arasında olub.