Çin nadir torpaq metalları ilə əlaqəli texnologiyanın ixracına nəzarəti gücləndirir

A- A A+

Çinin Kommersiya Nazirliyi nadir torpaq metalları ilə əlaqəli texnologiyalara ixrac nəzarəti tədbirləri tətbiq edəcəyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, qərara əsasən nadir torpaq metallarının hasilatı, əridilməsi və emalı, maqnit materiallarının istehsalı, nadir torpaqların təkrar emalı və ikinci dərəcəli mənbələrdən utilizasiyası ilə bağlı texnologiyaların və onların daşıyıcılarının xüsusi icazə olmadan ixracı mümkün olmayacaq. Bundan başqa, nadir torpaq metallarının hasilatı, əridilməsi, emalı, təkrar emalı və utilizasiyası üçün istehsal xətlərinin yığılması, sazlanması, texniki xidməti, təmiri və təkmilləşdirilməsi texnologiyalarının ixracına da nəzarət artırılıb. Çin, həmçinin xarici hüquqi və fiziki şəxslərdən nadir torpaqlarla əlaqəli bəzi əşyaları Çindən hər hansı bir ölkəyə ixrac etməzdən əvvəl ikili istifadəli əşyaların ixracı üçün lisenziya almasını tələb edəcək.

Nazirliyin açıqlamasında deyilir ki, Çin xarici hərbi istifadəçilər üçün, habelə nəzarət və izləmə siyahılarında olan idxalçılar və son istifadəçilər üçün ixrac ərizələrini adətən təsdiqləmir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş təcrübədir.

Bildirilir ki, ixrac nəzarətinin artırılması milli təhlükəsizliyin və maraqların daha effektiv şəkildə qorunması, nüvə silahlarının yayılmaması kimi beynəlxalq öhdəliklərin daha səmərəli yerinə yetirilməsi məqsədi daşıyır. Bununla belə, Çin çoxtərəfli və ikitərəfli ixraca nəzarət dialoqu mexanizmləri vasitəsilə bütün tərəflərlə əlaqə və əməkdaşlığı genişləndirməyə, bununla da uyğun ticarəti asanlaşdırmağa, qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini təmin etməyə hazırdır.

Nazirlik müvafiq qaydalara uyğun gələn proqramlar üçün lisenziya verəcəyini, bundan başqa, humanitar yardım məqsədləri üçün ixrac lisenziyalaşdırma tələbindən azad olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: