Macarıstan Avropa İttifaqının yeddiillik büdcəsini dəstəkləməyəcək

A- A A+

Macarıstan Avropa Komissiyasının Ukraynaya təxminən 360 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan 2028-2034-cü illər üçün Avropa İttifaqının büdcə layihəsini dəstəkləməyəcək.

NUHÇIXAN xəbər verir ki, Macarıstan Baş naziri ofisinin rəhbəri Gergey Guyyaş bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Biz də bəzi ölkələrin hökumətləri kimi, hazırkı şəkildə təqdim olunan yeddiillik büdcəni qəbuledilməz hesab edirik. Büdcənin effektiv olması üçün fundamental dəyişikliklərə və əlavələrə ehtiyac var. Macarıstan hökuməti onu bu şəkildə dəstəkləyə bilməz”, - deyə Gergey Guyyaş ölkə hökumətinin son iclasının nəticələrini şərh edərkən bildirib.

Bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının 2028-2034-cü illər üçün büdcə layihəsinin bütün üzv dövlətlərin maliyyə itkiləri ilə nəticələnəcəyini və yalnız Ukrayna bazarında fəaliyyət göstərən transmilli korporasiyaların xeyrinə olacağını vurğulamışdı. Onun sözlərinə görə, Brüssel tərəfindən Kiyevə ayrılması təklif olunan vəsait Macarıstanda illik pensiyalarının məbləğindən 18 dəfə çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: